Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-27 13:09:00
Buraxılış imtahanlarının ölkə birincisi: “Bunu oxuduğum lisey sayəsində bacardım”-FOTO

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel və 1 may 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Nəticələrə əsasən, 9-cu siniflər üzrə ən yüksək nəticə 298 balla Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nuray Salmanovaya aiddir.

 

30 aprel tarixində keçirilən imtahanda iştirak edən Nuray AzEdu.az-a açıqlamasında 6-cı sinidən bu liseydə təhsil aldığını bildirib.

 

O, imtahana xüsusi olaraq hazırlaşmadığını bildirərək, bu istiqamətdə müəllimlərinin rolunu xüsusi vurğulayıb:

 

“Fənlər arasında ayrıseçkilik etmədən, hamısına eyni ciddiyətlə hazırlaşmağa çalışırdım. Əslində, hər hansı xüsusi bir hazırlıq keçmədim. Təhsil aldığım liseyin müəllimləri dəstək göstərdilər. Onlar dərsləri yaxşı mənimsəməyimiz və yaxşı nəticələr göstərməyimiz üçün hər zaman əllərindən gələni edirdilər”.

 

No description available.

 

Nuray, gələcək ali təhsil həədəflərini və iş planlarını da bizimlə bölüşüb:

 

“Məktəbi başa vurduqdan sonra ali təhsilimi tibb sahəsi üzrə davam etdirməyi düşünürəm. Bunun üçün ya YÖS-ə hazırlaşaraq Türkiyəyə, ya da digər xarici ölkələrə yollanmağı planlaşdırıram. Hazırda cərrahlığı seçməyi düşünürəm, amma gələcəkdə qərarım dəyişə bilər, ona görə tam dəqiq bir şey deyə bilmirəm. Amma ümumilikdə gələcək iş fəaliyyətimizi ölkəmizdə qurmağı düşünürəm”.

 

Son olaraq, o, məktəbi bitirdikdən sonra qəbul imtahanında da ən yüksək nəticə göstərəcəyinə inandığını bildirib.

 

Qeyd edək ki, 30 aprel-1 may tarixlərində keçirilən buraxılış imtahanında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin iki şagirdi də 297 bal toplayaraq yüksək nəticə ilə fərqləniblər.