Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-21 11:55:00
İmtahan verənlər arasında qızlar üstünlük təşkil edir

 

21 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

AzEdu.az xəbər verir ki, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulub.

 

Abituriyentlərdən 19563 nəfər Azərbaycan, 1958 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5269 nəfəri oğlan, 16252 nəfəri isə qızdır.

 

18480 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2542 nəfər əvvəlki illərin məzunudur.

 

69 nəfər ali təhsil müəssisələrinin, 430 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

 

74 abituriyent xarici ölkələrin vətəndaşıdır.