Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-21 10:38:00
ADNSU-da elmi-praktik seminar keçirilib

Mayın 20-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa ili”nə həsr olunmuş Ümumdünya Metrologiya Günü ilə əlaqədar III elmi-praktiki seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Rəqəmsal erada metrologiya” mövzusunda keçirilən seminarı giriş sözü ilə açan “Cihaz mühəndisliyi” kafedrasının müdiri, dosent Lalə Bəkirova ölkədə həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tədqiqatlarda, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında metrologiyanın mühüm rolundan danışb. Bu sahədə son illər ölkədə görülən işlərdən bəhs edən L.Bəkirova ölçmə avadanlıqlarının kompüterləşdirilməsi ilə yanaşı, onun metroloji təminatının da intensiv formada həyata keçirildiyini deyib.

 

Seminarda SOCAR, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Metrologiya və Standartlaşdırma şöbəsinin rəisi Vüqar Məmmədov “Rəqəmsal erada metrologiyanın neft sənayesində əhəmiyyəti”,  “CBM Engineering” MMC-nin Kalibrləmə Laboratoriyasının müdiri Rəşid Məmmədov “The digitalization of legal metrology”, “Azərsun Holding” MMC-nin Metrologiya laboratoriyasının müdiri Rahim Muxtarov “Rəqəmsal erada metrologiyanın iqtisadiyyata və həyatımıza təsiri”, “MKT İstehsalat Kommersiya” MMC-nin “Standartlaşdırma və metrologiya” şöbəsinin müdiri Elmin Bağışov “Rəqəmsal erada metroloji məlumatların təhlükəsizliyi”, “Optimum Metrology Services” MMC-nin Temperatur ölçmələri laboratoriyasının metrologiya üzrə mühəndisi Ləman Cavanşirova  “3D Metrologiya” və “AzeTest Təcrübə-Sınaq” MMC-nin Kütlə laboratoriyası, metrologiya üzrə mühəndisi  Nailə Həsənova “3D metrologiya” mövzuları üzrə çıxış ediblər.