http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-20 14:43:00
Məktəblilər ciddi təhlükədə - Əksər abituriyentlər potensial nevrozdurlar

 

 

Son zamanlar şagirdlərin dərs yükünün çox olması, ev tapşırıqlarının ağırlığı   onlarda bir sıra psixoloji və nevroloji problemlərin yaranmasına səbəb olub.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov məsələnin ciddi xarakter daşıdığını vurğulayıb.

 

 

O, qeyd edib ki, bu kimi problemlər  şagird sağlamlığı üçün  ciddi fəasadlar yaradır:

 

 

“Günümüzdə tətbiq edilən təhsil sistemində repetitorlarla işləmək məsələsi düzgün  qurulmayıb. Şagirdlərin beyni həddindən çox yüklənir, istirahət mexanizmləri düzgün tənzimlənmir. Onlarda xroniki yorğunluq sindromu adlanan hal yaranır. Bu gün yuxarı sinif şagirdlərinin əksəriyyəti həmin problemlərdən əziyyət çəkir. Bəzən, abituriyentlərin qəbul imtahanlarında  yüksək bal toplamamasına səbəb məhz həmin sağlamlıq məsələləridir”.

 

 

Nevroloq bu kimi problemlərdə təhsilverənlərin də günah payını qeyd edir:

 

 

“Hətta  bir çox mənasız testlər vasitəsi ilə  şagirdlər yüklənilir. Bəzi repetitorlar  hansısa fənnin mahiyyətini  izah etmək əvəzinə, şagirdlərin vaxtlarını testlər vasitəsi ilə alırlar. Onlara şeir əzbərlədən kimi test əzbərlədirlər. Başa düşmədən hansısa   problemi əzbərlətmək beyinin həddindən çox işləməsinə səbəb olur”.

 

 

O, qeyd edib ki, hazırda təhsil sahəsində çox sayda problemlər var:

 

 

“Düşünürəm ki, bu gün  təhsil sistemində kifayət qədər  ciddi problemlər var. Onun keçirilmə qaydası şagirdlərlə bağlı çox əsaslı məsələlər yaradır. Bu, həm məktəblilər üçün, həm də  biliklərin mənimsənilməsi cəhətdən  zərərlidir. Sağlamlıq baxımından  da olduqca ziyanverici xarakter daşıyır”.

 

 

 

Nevroloq vurğulayır ki, abituriyentlərin əksəriyyəti nevrozdan əziyyət çəkir:

 

 

“Günümüzdə abituriyentlərin əksəriyyəti potensial nevrozdur. Ya qorxu hissi keçirir, ya da ki,  depresiyaya meyil göstərirlər. Bu, da beyinin istirahət mexanizminin düzgün təşkil olunmamasına gətirib çıxarır.

 

 

Bu kimi problemlərlə yalnız abituriyentlər deyil, ibtidai siniflər də qarşılaşır. Birinci sinif şagirdlərinə  çətin mövzular vermək və onlardan bunun qavranılmasını gözləmək heç də uyğun deyil. Həmin uşaqlara nağıl və  asan anlaşılan dərslər keçirilməlidir. Elə fənlər tədris olunmalıdır ki, onlar uşağın yadında qalsın, maraqlı olsun. Kitab və dərsliklərə baxdıqda müşahidə olunur ki,  onlar  senzuradan keçməyib. Təhsil sahəsində çox ciddi problemlər var. İstər dərslik, istərsə də onların tətbiqi ilə bağlı çox ciddi mənfiliklər yaşanır.

Beyinin həddindən çox yüklənməsi  savada deyil, savadsızlığa aparır. Ona görə də yeni yetişən nəsildə savadlı olmayan şəxslərin sayı çoxdur, çünki tədris sistemi düzgün deyil”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları