Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 15:16:00
BMU növbəti dəfə nüfuzlu “THE Impact Rankings” reytinq cədvəlində

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “The Times Higher Education” nəşrinin dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlində  (Impact Rankings -2022) yer alıb.

 

AzEdu.az xəbər verir ki, BMU-nun artıq ikinci dəfədir daxil olduğu adıçəkilən reytinq  cədvəli universitetlərin tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli, balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.

 

Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin yer aldığı reytinq cədvəlində 106 ölkədən və regionlardan 1406 universitet daxil edilib.

 

Reytinq Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.