Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 17:08:00
I siniflərə qeydiyyat zamanı yaşanan ciddi problem – Necə həll etməli?-TƏKLİF

 

 

“Bu il birinci sinifə qəbulda şagirdlərin sayını praqnozlaşdırmaq çətin olacaq”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis  Kamran Əsədov deyib.

 

 

Belə ki, birinci sinifə elektron qəbul  4 maydan başlanılıb. Bir çox şəxslər yerlərin tez zamanda dolduğunu iddia edir.

 

 

Kamran Əsədov məsələ ilə bağlı fikirlərini bildirib:

 

 

“Azərbaycanda orta ümumtəhsil məktəblərində  birinci sinifə qəbul dünyada  ən şəffaf həyata keçirilən proseslərdən biridir.  Onun qeydiyyatının elektron qaydada tətbiq edilməsi əlçatanlığa xidmət edir. Lakin bu məsələnin tətbiqində problemlər mövcuddur. Hazırda 90 min uşaq  məktəbəhazırlıq qruplarında təhsil alır. Onlar avtomatik olaraq birinci sinfə keçirlər. Lakin qeydiyyat üçün müraciətini praqnozlaşdırdığımız 165 min insan var. Aralarında elələri mövcuddur ki, məktəb və sinfini yenidən dəyişmək istəyir. İlkin qeydiyyat zamanı  kifayət qədər insan müraciət edib, lakin onların  istəklərinin nə dərəcədə doğru olub-olmadığını yoxlamaq lazımdır. Yalnız Bakının mərkəzindəki məktəblər deyil, eyni zamanda bölgələrdəki təhsil müəssisələrində də belə yerlər qalmayıb. Bu, problemdir, valideynlər həmin ərazidə qeydiyyatda deyillər və  aidiyyatı təhsil qurumu prosesi proqnozlaşdıra bilmir ki,  birinci sinifə nə qədər adam gələcək. Hazırda  hansı sayda şagirdin gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Bir çox insanlar rayon qeydiyyatıdır  və onlar Bakıda yaşadığı ərazidə rəsmi ünvanda   deyillər”.

 

 

Ekspert məsələnin həlli istiqamətlərindən bəhs edib:

 

 

“Lakin insanların konsititusion təhsil  almaq hüququ var və  bu, təmin edilməlidir. Bunun üçün yeni sistem yaratmalıyıq. Məktəblərə əlavə müəllim qəbulu ilə proses tənzimlənə bilər. Çünki ibtidai sinif üzrə MİQ müsabiqəsində yüksək bal toplayaq işlə təmin olunmayan kifayət qədər müəllim  var. Bizim əlimizdə bu baza mövcuddur. Hesab edirəm ki, mütləq şəkildə  şagird  sıxlığı olan ərazilərdə  əlavə müəllim qəbulu həyata keçirməklə  vakant hesab açılmalıdır.  Bu yolla məktəblərdə  rəqabət mühiti yaradılacaq. Direktorlar görəcək ki, şagirdlər onların təhsil müəssisələrini seçmir və digər yeri üstün tuturlar. Daha çox müraciət olan məktəblərə  əlavə müəllim qəbulunu həyata keçirməklə  həm insanların təhsilalma hüququ təmin ediləcək,   həm də rəqabət mühiti formalaşdırılacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları