http://www.position.az/ https://www.zirve.edu.az/
2022-04-14 09:00:00
Bağçalarla bağlı ən çox üzləşdiyiniz problem hansıdır?- AzEdu-da SORĞU

 

AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı həftəlik sorğulara start verilir.

 

Sorğularda iştirak edərək siz çətinlik çəkdiyiniz məqamları müvafiq kateqoriyalar arasında müəyyənləşdirərək qeyd edə bilərsiz.

 

İlk sorğu məktəbəqədər təhsil müəssisələri (bağçalarla) bağlı ən çox üzləşilən problemlərlə bağlıdır. Bunun üçün aşağıda qeyd olunan kateqoriyalardan hansında qeyd edilən problemlə üzləşdiyini seçərək səs verəcəksiniz:

 

  1. İşəqəbul prosesi və bunun gələcək taleyi;
  2. Uşaqların qeydiyyatı  problemi və yaradılan süni əngəllər;
  3. Təchizat və təşkilati problemlər;
  4. Tərbiyəçilərin psixoloji-metodiki hazırlıqsızlığı və qeyri-peşəkarlığı;
  5. Valideyn narazılığı və digər neqativ hallar
  6. Azyaşlılarla davranış problemləri
  7. Uşaq sıxlığı və yaxın ərazi problemi
  8. Digər problemlər

 

İştirak etmək üçün AzEdu.az saytına daxil olaraq sağ tərəf aşağı hissədə təqdim olunan sorğu bölməsində səs verə bilərsiniz.

 

Qeyd edək ki, nəticələrə əsasən, cəmiyyəti ən çox narahat edən problemin səbəbləri aydınlaşdırılmağa çalışılacaq.