Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 09:24:00
Müəllimlərin daimiləşdirilməsi müsabiqəsi davam edir

Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin ikinci gününə dair statistik məlumatlar açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibənin ikinci günü 639 namizəd dəvət olunub, namizədlərdən 615-i müsahibələrdə iştirak edib. Fizika üzrə 61, Azərbaycan dili və ədəbiyyat üzrə 110, texnologiya üzrə 62, riyaziyyat üzrə 92, musiqi üzrə 42, ibtidai sinif üzrə 128, fiziki tərbiyə üzrə 63, informatika üzrə isə 57 namizəd müsahibəyə qatılıb.
Qeyd edək ki, aprelin 4-də müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Müsahibələrə 2 min 33 nəfər dəvət olunub. Aprelin 7-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.