Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 12:15:00
ADNSU-da Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim keçirilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “5 səhv” mövzusunda təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə rektorun İnformasiya Texnologiyaları və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev təlimin tələbələr üçün əhəmiyyətindən danışıb.

 

Dövlət Məşğulluq Agentliyinin Peşə yönümü şöbəsinin rəhbəri Toğrul Ələkbərov çıxış edərək əmək bazarının tələblərinə uyğun iş imkanlarını dəyərləndirmək, həmçinin şəxsi bacarıqlarını inkişaf etdirmək mövzusunda gənclərlə təcrübəsini bölüşüb.

 

Qeyd edək ki, təlimin əsas məqsədi gənclərin fərdi və karyera inkişafına dəstək göstərməkdir.