“Ali təhsil müəssisələrində müəllimlə imzalanan müqavilədə tədrisin nəticələrinə dair onun öhdəlikləri göstərilmir”
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib.
O bildirib ki, müqavilədə həmçinin tədqiqat öhdəliyi önə çəkilmir, ali təhsil müəssisələrinin müəllimlər qarşısında öhdəliklərinə diqqət yetirilmir və bütövlükdə, müqavilə formal xarakter daşıyırdı.
Son olaraq o,-“Bu gün də müəllimlə imzalanan müqavilə formal xarakter daşıyır, forma və məzmunca sovet xarakterlidir”-deyə vurğulayıb.