Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 11:00:00
Buraxılış imtahanlarının  erkən başlamasının  abituriyentlərə faydası olacaq- SƏBƏB

 

 

Mart ayından başlanaraq keçiriləcək buraxılış imtahanları abituriyent və valideynlərdə təşvişə səbəb olub.

 

 

Belə ki, imtahanlar ilk dəfədir ki, bu qədər erkən tarixdən (martın 2-sindən) başlanacaq. Belə olduğu halda, abituriyentlər necə hazırlaşmalıdırlar?  İmtahan tarixlərinin irəli çəkilməsi ilə bağlı atılan addımlar onlara zehni və psixoloji olaraq necə təsir edəcək?

 

AzEdu.az qəbul və təhsil məsələləri üzrə ekspert Sevinc Purkeştasibin açıqlamasını təqdim edir:

 

“DİM-in verdiyi açıqlamaya əsasən, Mart ayından etibarən, 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Buraxılış imtahanları yalnız bir mərhələdə baş tutacaq. 11-ci siniflər üçün blok imtahanlarının 2 mərhələdə təşkili nəzərdə tutulur.

 

Buraxılış imtahanları ilk dəfədir ki, bu qədər erkən tarixdə keçiriləcək, bu da abituriyentlərdə narazılığa səbəb olub. Lakin imrahanların bu tarixdən başlanması nə qənaətbəxş hesab edirəm”.

 

Ekspert həmçinin qeyd etdi ki, imtahan proqramından xeyli mövzu çıxarılıb ki, abituriyentlər bundan yararlanmalıdır:

 

“Abituriyentlər yanvardan sonra  əsasən, mövzuların təkrarı üzərində çalışırlar. Abituriyentləri təmkinli olmağa səsləyirəm.

 

İmtahan verəcəkləri 3 fəndən müəyyən mövzular çıxarılıb. Bu da abituriyentlərə digər mövzuları təkrar etmə fürsəti yaradır və vaxta qənaət olunur”.

 

 O, buraxılış imtahanlarının yoxlanış prosesinin uzun çəkdiyini də vurğuladı:

 

“Buraxılış imtahanlarının yoxlanılma prosesi uzun müddət çəkir. DİM-in imtahanı tez təşkil etməsini bununla əlaqələndirmək olar.

 

Abituriyentlər hər saniyələrinin dəyərini bilməlidir. Çox əziyyət çəkiblər və uğurla bitməsinə sadəcə bir neçə ay qalır. Həvəsdən düşmədən, mövzuları təkrar etmək lazımdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları