http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-21 13:23:00
 Nazirlikdən yazıçının etirazına cavab - Ədəbiyyat siyahısı  necə tərtib olunub?

 

Azərbaycan Yazıçılar Birliyininin əməkdaşı, tanınmış yazıçı Elçin Hüseynbəyli Təhsil Nazirliyi tərəfindən orta məktəblər üçün təşkil olunan “Düşünən oxucu” müsabiqəsinə öz iradını bildirmişdi.

 

Yazıçı müsabiqədə təqdim olunan ədəbiyyat siyahısında sadəcə 5 əsərin Azərbaycan ədəbiyyatına aid olmasına, bununla yanaşı siyahıda Qarabağla bağlı əsərlərin olmamasına etiraz etmişdi.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov müsabiqənin yerli nəşriyyatlarla birgə keçirildiyini diqqətə çatıraraq məsələyə aydınlıq gətirdi.

 

Nazirlik rəsmisi siyahıya son 3 ildə məktəb kitabxanalarına verilən əsələrin salındığını bildirib:

 

“Son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir. “Düşünən oxucu” müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən bir müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalara son 3 ildə verilmiş əsərlər siyahıya salınmışdır. Azərbaycan ədəbiyyatı, bildiyiniz kimi, məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlər isə məktəb proqaramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr vardır”.