Azedu.az

Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir

15 Yanvar 2022, 15:57
Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. Bildirilib ki, namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından və innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciətlər yanvarın 19-dək qəbul olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox