Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 14:26:00
Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində yeni iş birlikləri yaradılacaq-Erol Özvar

 

“Türkiyə universitetlərini bitirmiş azərbaycanlı gənclər Azərbaycan, Türkiyə və Türk dünyasına böyük töhfələr verəcəklər”


AzEdu.az
 xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) rəhbəri Erol Özvar qeyd edib.

 

Erol Özvar Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşündə ali təhsil sahəsində əməkdaşlığa dair yeni mesajlar verib. Nazir Emin Əmrullayevi və onu müşayiət edən nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edən Erol Özvar qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsində də Azərbaycanla çox dərin kök salmış münasibətlərimiz var:

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali Təhsil Şurasının nümayəndə heyəti kimi ali təhsil sahəsində yeni işgüzar əlaqələrin yaradılması üçün çox səmərəli müşavirə keçirəcəyik. İki qardaş ölkə kimi ali təhsil sahəsində atacağımız yeni və önəmli addımlarla iki ölkə arasında təhsil əlaqələrinin daha da dərinləşdirilməsi iradəmizi ifadə etmək istəyirəm".

 

Türkiyədə 25 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən Osvar deyib:

 

 "Türkiyə universitetlərində təhsilini başa vurmuş bu tələbələr ilk növbədə Azərbaycan, Türkiyə və Türk dünyasına böyük töhfələr verəcəklər”.