Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 13:56:00
AzTU-nun professoru beynəlxalq konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurov Minskdə onlayn formatda keçirilən “Müasir rabitə vasitələri” adlı beynəlxalq elmi-texniki konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki. konfransın plenar və proqram komitəsinin üzvü Tofiq Mansurov “Tam optik şəbəkələrin komponentlərinin işinin qiymətləndirlməsi meyarları” mövzusunda çıxış edib.

 

Tədbirin sonunda professor Tofiq Mansurov üç il müddətinə beynəlxalq elmi-texniki konfransın plenar və proqram komitəsinə üzv seçilib.