Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 14:00:00
Ümumi müsahibəyə çıxarılmış ən yüksək vəzifələr açıqlanıb  

Ümumi müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (31 vəzifə) tərəfindən təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təhlil və strateji planlaşdırma şöbəsində şöbə müdiri müavini və Hesablama Palatasının Dövlət gəlirlərinin iqtisadi sahələrin auditi şöbəsi, Gəlirlərin auditi sektorunda baş məsləhətçi vəzifələridir.

 

Ümumi müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 4-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 9-u beşinci təsnifatına, 3-ü altıncı təsnifatına, 42-si yeddinci təsnifatına aiddir.

Xatırladaq ki, DİM bu gün 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elan edib.