Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 17:10:00
İnformatikaya gələcəkdə bu tipli suallar əlavə edilə bilər – Təlimçidən tövsiyələr

 

 

 

“İnformatika və məntiq fənlərinin birləşdirilməsindən söhbət belə gedə bilməz”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məntiq müəllimi, təlimçi Rəşadət Şərifov deyib.

 

 

Belə ki, son illər informatikadan imtahan verməyə hazırlaşan gənclər bu fənnin çətinlik səviyyəsinin artdığından şikayət edirlər. Onlar sualların çoxunun məntiqi əsaslı olmasını iddia edilər.

 

 

Məsələ ilə bağlı danışan R.Şərifov məntiq və informatikanın birləşməsinə ehtiyac görmür.

 

 

“İnformatika və məntiq fənlərinin birləşdirilməsindən söhbət belə gedə bilməz. Çünki onların strukturunda kəskin fərqlər müşahidə edilir. Son illər informatikada məntiqi əsaslı suallar salınır. Lakin onların bir fənn olaraq kombinasiyası düzgün seçim olmazdı. Belə ki, onlar fərqli sahələri əhatə edir, biri məntiqi əsaslı, digəri isə informasiya texnologiyalarına dayanır.

 

 

İnformatika fənnindən salınan testlərin çətin olmasının səbəbi son zamanlar sualların standart salınması və məzmununda dəyişiklik edilməsi ilə bağlıdır. Həmçinin, bu fənni inkişaf etdirmək üçün də ona məntiqi əsaslı suallar əlavə edilə bilər.

 

 

Tövsiyəm odur ki, informatika fənninə hazırlaşanlar çoxlu sayda test tapşırıqları işləsinlər. Nəzəriyyəni öyrəndikdən sonra onu test üzərində tətbiq etməyin yeganə yolu  tətbiq etməkdir. Həmçinin, vərdişlərin formalaşması üçün sınaq imtahanlarında iştirak etməyin də faydaları çoxdur. İnformatikada məntiq və riyazi əsaslı sualların sayı 5-dir. Bu tip suallar da DİM-in proqramından kənara çıxarılmadan hazırlanır, həm də proqrama əlavə edilir. Tələbə sualı dərindən bilsə, onu həll etməkdə çətinlik çəkməz”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları