Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-22 15:58:00
LDU-da iqtisadi mövzuda elmi seminar keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) “İqtisadiyyat və idarəetmə” fakültəsində elmi seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında keçirilən seminar “Azərbaycanın maliyyə resursları bazarı və onun əsas iştirakçıları” mövzusuna həsr edilib. Elmi seminarda bu mövzuda kafedranın müəllimi Namiq Bayramov məruzə edib.

 

Məruzədə Azərbaycanda maliyyə bazarının subyektləri kimi özəl kommersiya bankları, xarici sərmayəli kommersiya bankları, bank olmayan kredit təşkilatları, maliyyə bazarına xidmət edən sığorta şirkətləri haqqında geniş informasiya verilib, Azərbaycanın maliyyə resursları bazarının inkişaf istiqamətləri geniş təhlil olunub.

 

Elmi seminar diskussiya şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb, məruzə ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.