Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 14:24:00
Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA

Bakıda məktəbli vəfat edib.

 

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

 

R.Quliyevin ölüm səbəbinin koronavirus olması bildirilib.

 

AzEdu.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib:

 

“O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.