Azedu.az

Səhiyyə Nazirliyi: "Körpələrə peyvəndlər mütləq vurulmalıdır"

Məktəbəqədər təhsil

15 Oktyabr 2021, 15:28
Səhiyyə Nazirliyi:

“Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz. Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.

 

AzEdu.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

 

Onun sözlərinə görə, körpələrə peyvəndlər mütləq vurulmalıdır: “Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayiələr səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın”.

Dağıdıcı hücum - Rusiyanın hərbi aerodromu vuruldu
Son xəbərlərDaha çox