https://www.zirve.edu.az/ #
2021-10-15 13:39:00
Təhsil müəssisələri BU ƏLAVƏ YOLLARLA maliyələşə bilər-DİQQƏT

Dövlət büdcəsi hesabına maliyələşən və özəl təhsil müəssisələrinin gəlir əldə etməsinin müxtəlif formaları vardır.

 

AzEdu.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, təhsil müəssisələrinin əlavə yollarla maliyələşməsini təqdim edir:

 

1.Ödənişli əlavə təhsil;

 

2.Məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;

 

3.Təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;

 

4.Elmi tədqiqat və təcrübi-konstruktor işləri;

 

5.Elmi-praktiki tədbirlərin təşkili;

 

6.Nəşriyyat-poliqrafiya işləri;

 

7.Tədris prosesində əldə olunan məhsulun satışı;

 

8.Dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi;

 

9.Ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili;

 

10.Təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi;

 

11.Təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları