Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 15:56:00
Övladını məktəbə göndərmək istəməyən valideyn nə etməlidir? – Hüquqi prosedur

Sentyabrın 22-dən ibtidai, 29-dan isə yuxarı siniflərdə ənənəvi təhsil tam şəkildə bərpa edilir.

 

Lakin dünyada və ölkəmizdə pandemiya şəraiti hələ də davam etməkdədir. Belə olduqda bəzi valideynlər narahatlıq hissi keçirərək övladını məktəbə göndərməkdən imtina edir.

 

Bəs belə olduqda həmin şəxs və qəyyumi nümayəndə nə etməlidir?

 

AzEdu.az övladını məktəbə göndərmək istəməyən şəxslərin nə etməli olduğunu təqdim edir:

 

Belə ki, hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər.

 

Bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır. Həmin şəxs övladının distant təhsilinə cavabdehdir. Onun uşağı məktəbə gəlməsə belə qiymətləndirmədə mütləq şəkildə iştirak etməlidir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları