Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 15:20:00
Xaricdə təhsil üçün motivasiya məktubu necə yazılır? - Bunlara diqqət edin - ƏTRAFLI  

İstər   magistr, istərsə  də  doktorantura  səviyyəsi  üzrə  xaricdə  təhsil  almaq  üçün  təqdim  etməli  olduğunuz  sənədlərdən  biri  də  motivasiya  məktubudur.

 

Bir  çox  təhsil  müəssisəsi  namizədlərdən  əsasən, CV, transkript, akademik  nəticələr və  dil  biliyi  sertifikatı  tələb  edir.  Bununla  yanaşı  namizədlərin müraciət  etdikləri  universitetdə  oxumağı  niyə  istədiklərini  və  o  universitet  üçün  niyə  yaxşı  namizəd  olduqlarını  izah  etdikləri  motivasiya  məktublarını  da  tələb  olunur.

 

AzEdu.az   bu  səbəblə  xaricdə  təhsil  almaq  istəyənlər  üçün  motivasiya  məktubunun  necə  yazılmalı  olduğu  haqqında  məlumatı  təqdim  edir.

 

Motivasiya  məktublarının  digər  müraciət  mətnlərindən  əsas  fərqi  bütövlükdə  namizədin  öz  cümlələrindən  ibarət  olmasıdır.Bu  səbəblə  mətni  yazıdğınız  dilə  diqqət  etməli, xüsusi  bir  mətn  ortaya  qoymalısınız.

 

Yaxşı  bir  motivasiya  məktubu  yazmaq  üçün  çalışmağa  erkən  başlamalı, özünüz üçün  nümunələr  hazırlamalı  və  məktubunuzda  səmimi  bir  dil, xüsusi  bir  üslubdan  istifadə  etməlisiz. Nüfuzlu  universitetlərə  qəbul  cavabı  alan  əksər  tələbələr  motivasiya  məktublarını  yazmağa  müraciət  tarixindən  çox  əvvəl  başlayırlar. Əvvəl  özləri  üçün  qaralamalar  hazırlayır, bu  qaralamaların  üzərində  işləyərək onları  güclü  motivasiya  məktubu  halına  gətirirlər.

 

Şəxsi  keçmişinizi və  gələcək  planlarınızı  qeyd  edin

 

Motivasiya  məktublarının  əsas  məqsədi  müraciət  etdiyiniz  universiteti  sizin  yaxşı  namizəd  olduğunuza  inandırmaqdır. Bu  səbəblə  məktubunuzda  həm  keçmişinizlə  bağlı  nüansları  qeyd  etməli, həm  də  gələcək  planlarınız  haqqında  məlumat  verməlisiniz.

 

Yaxşı  bir  motivasiya  məktubu  yazmaq  üçün  o  günə  kimi  əldə  etdiyiniz  bütün  nailiyyətləri  xronoloji  ardıcıllıqla  qeyd  edin.

 

Bu  nailiyyətlərin  sizi  necə  formalaşdırdığından  danışın  və  müraciət etdiyiniz  universitetdə  də  uğur  qazanmağa  davam  edəcəyinizə  onları  inandırmaq  üçün  səbəblər  göstərin. Bununla  yanaşı  şəxsi  keçmişinizə  təsir  edən  ailə, sosial, mədəni və ya iqtisadi çətinliklərdən bəhs etmək məktubunuzu möhkəmləndirəcəkdir.

 

Uyğun  namizəd  olduğunuza  inandırın

 

Eyni  zamanda  yaxşı  hazırlanmış  motivasiya  məktubu  namizədin  müraciət  etdiyi  universiteti  tanıdığına, universitetdə  keçiriləcək  dərslərdə  həvəslə  iştirak  edəcəyinə, maraqlarının  həmin  universitetdəki professorların  tədqiqat sahələri ilə üst-üstə düşməsini  xüsusi  şəkildə  qeyd  etməlidir. Məktubunuzu dəyərləndirəcək  komitəni  müraciət  etdiyiniz  universitetə  qəbul  olunacağınız  təqdirdə  həm  universitetdəki  akademik  və  sosial  həyata  qatqınız  olacağına, həm  də  universitetin  sizə  təqdim  etdiyi  imkanları  ən  yaxşı  şəkildə  dəyərləndirəcəyinizə  inandırmalısınız.

 

Motivasiya  məktubu  bir  çox  universitetin  yeni  tələbələrini  seçərkən  diqqətlə  yoxladığı  mətnlər arasındandır. Bu  səbəblə  xaricdə  təhsil  almağı  planlaşdıran  namizədlərin  motivasiya  məktublarını  hazırlayarkən  bu  vacib  detallara  diqqət  etmələri, lazım  gələrsə  ekspertlərdən  kömək  istəmələri  müraciətlərinin uğurla  nəticələnməsi  üçün  vacib  əhəmiyyət  daşıyır.

 

Nümunə  olaraq  aşağıdakı  motivasiya  məktubuna  nəzər  sala  bilərsiniz:

 

 motivational-letter-urban.docx

 

Məktubun   yazılma  tərzi  ilə  bağlı  daha  ətraflı  məlumat  almaq  üçün  buraya daxil  ola  bilərsiniz.