Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 11:36:00
Az pul xərcləyərək, mükəmməl ölkə və universitetlərdə təhsil almağın yolları- Mütləq oxuyun  

Xaricdə ən uyğun büdcə ilə oxumaq necə mümkün ola bilər? Tələbələri düşündürən əsas suallardan biri budur.

 

AzEdu.az  bu yazıda az xərclə təhsil almaq üçün diqqət etməli olduğunuz məqamları təqdim edir:

 

Əksər  tələbələr ingilisdilli ölkələr - İngiltərə və ABŞ yerinə yaşayış xərclərinin aşağı olduğu Kanada və Avstraliyaya üstünlük  verirlər. Kanada və Avstraliyada təhsil haqları da uyğundur. Bu ölkələr az  büdcə ilə yüksək keyfiyyətdə təhsil  almağınıza imkan verir.

 

Həmçinin, Kanadada təhsilinizə daha ucuz kollec təhsili ilə başlayıb, 2 il sonra universitetə  keçid edərək təhsil büdcəsinə qənaət edə bilərsiniz.

 

Təhsil xərcləri içində təhsil  haqqından əlavə, yaşayış, qidalanma və nəqliyyat da mühüm yer tutur. Universitet yataqxanalarında qalmaq tələbələrə rahat olsa çox maliyyə tələb edə bilər. Bu baxımdan digər tələbələrlə birlikdə ev tutmaq və yeməyinizi özünüzün bişirməsi daha uyğundur. Qalacağınız evin universitetə yaxın olması nəqliyyat xərclərinin azalmasına da kömək edə bilər.

 

Amma belə yerlərdə kirayə haqqının yüksək olması da qaçılmazdır.  Xərclərinizi nəzərə alaraq bahalı və həyatın nisbətən çətin olduğu şəhərlər əvəzinə,  daha kiçik şəhər və qəsəbələrdə yerləşən universitetləri seçmək daha məqsədəuyğundur.

 

Çox tələbə üçün uzun müddətli təhsilin büdcəsini əvvəldən dəqiqləşdirmək mümkünsüzdür. Bu baxımdan gedəcəyiniz ölkədə oxuyarkən iş imkanlarının olması da vacib üstünlükdür. Məsələn, Kanadada kollec və ya universitetdə oxuyarkən həftədə 20 saat, istirahət vaxtları isə 40 saat işləmək imkanının olması bu ölkədə oxumağa kömək edir. Avstraliyada da Kanadadakı iş imkanları mövcuddur. Eyni zamanda uğurlu bir tələbə təhsil almaq istədiyi universitetdən tam və ya qismən təqaüd qazana bilər. Həmçinin proqram seçərkən təqaüd alma şansınızın daha çox olduğu universitetləri seçim edə bilərsiniz.

 

Təhsil keyfiyyəti ilə İngiltərə, ABŞ və Avstraliyanın önündə gedən Kanada xərc baxımından daha avantajlıdır. Kanada dövlət liseylərində illik təhsil haqqı 10.000- 15