Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 13:24:00
BDU-nun “zavxoz”u rektorun müşavirini niyə bıçaqlayıb?

“BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır”.

 

AzEdu.az xəbər verir ki BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

 

G.Orucəliyeva deyib ki, ötən gün bıçaqlanan hər iki şəxsin müalicəsi Respublika Klinik xəstəxanasında davam etdirilir.

 

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, BDU rəsmisi bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını vurğulayıb: “Araşdırmalar yekunlaşdıqdan sonra məlumat veriləcək”.

 

İlkin məlumata görə, hadisəyə səbəb, bıçaqlanmanı həyata keçirən İsmixan Mirzəyevin işdən çıxarılması olub.

 

Xatırladaq ki, iyulun 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev tərəfindən bıçaqlanıb.

Qafqazinfo