Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 17:45:00
Növbəti qəbul imtahanlarında fiziki məhdudiyyətli 23 abituriyent iştirak edəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 23 abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, binaların möhürlənməsi üçün 55 nəfər ayrılıb, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.