Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 16:36:00
ATU-nun tələbəsi ÜST-nin keçirdiyi müsabiqədə birinci yerə layiq görülüb  

Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə profilaktika fakültəsinin tələbəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçirdiyi müsabiqədə ölkə üzrə birinci yerə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, ATU-nun V kurs tələbəsi Cavid Mustafazadə Avropa İttifaqı və ÜST-nin ortaq “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kollecləri tələbələri arasında keçirilən müsabiqənin qalibi seçilib.

 

Layihə çərçivəsində ümumilikdə 19 tibb fakültəsi və kollecində təhsil alan 1418 tələbə təlimdə iştirak edərək post-testdən keçiblər. Onlardan cəmi 212 nəfəri müsabiqə çərçivəsində video təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim edilən videolar arasında 21-ni ölkə və ya təhsil müəssisəsi üzrə fərqləndirib. Beləliklə, ATU-nun təmsilçisi Cavid Mustafazadə Azərbaycan üzrə birinci yerə layiq görülüb.

Bundan əlavə, universitetin daha üç tələbəsi Aytən Əlihüseynli, Qüdrət Məmmədov və Ədalət Gəncəli fakültələr üzrə qiymətləndirmədə birincilik əldə ediblər.

Qaliblərə sertifikat və diplomlarla yanaşı, dəyərli hədiyyələr təqdim ediləcək.