Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-25 11:39:00
Magistrlar bu güzəştlərdən yararlana bilərlər -RƏSMİ  

 

“Magistraturaya qeydiyyatdan keçən şəxslər sosial güzəştlərdən istifadə edə bilərlər”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Sistemlərinin İnformasiyalaşdırılması idarəsinin baş məsləhətçisi Cavad Mustafazadə Təhsil Nazirliyinin canlı yayımında deyib.

 

 

O, qeyd edib ki, bəzən qeydiyyatdan keçən şəxslər sosial güzəştlərdən tam şəkildə istifadə edə bilmir.

 

 

“Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür”.

 

 

Qeyd edək ki, qeydiyyat prosesi iyulun 22-dək davam edəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları