Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 13:00:00
Elektron sənəd qəbulunda səhvə yol verən namizədlər BUNLARI EDİN

Müəllimlərin işə qəbulu müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq elektron ərizələrində müvafiq dəyişiklik ediləcəkdir. 

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, bunun üçün qeyd olunan namizədlər aşağıdakı məlumatları İnsan resursları mərkəzinin rəsmi elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər:

 

 

1. Ad, soyad, ata adı

2. Şəxsiyyəti təsdiq edən sənədin şəkli

3. Əlaqə nömrəsi

4. Diplom və ona əlavənin şəkli

5. Yol verilən səhvin qısa məzmunu

 

 

Elektron ərizədə düzəliş olunması üçün son müraciət tarixi: 17 iyun saat 12:00.


Qeyd: 17 iyun saat 12:00-dək yalnız elektron poçt ünvanı vasitəsilə müraciət edən namizədlərin ərizəsində düzəliş ediləcəkdir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları