Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 10:00:00
Yerdəyişmədən keçən müəllimlərin nəzərinə!- Əmək müqaviləsi ilə bağlı vacib qayda    

Yerdəyişmə müsabiqəsində iştirak edən  namizədləri narahat  edən əsas məsələlərdən biri də uğur qazanan müəllimlərin əvvəlki iş yeri ilə bağlanan əmək müqaviləsinə nə zaman xitam verilməsidir.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə vakant yer tutan şəxslərlə bağlanan əmək müqaviləsinə öz ərizələri əsasında sentyabr ayında xitam veriləcək.

 

 

Bu müəllimlərin əvvəlki iş yerlərində əlavə iki ay qalmaqla maaş almalarını da təmin edəcək.

 

 

Qeyd edək ki, yerdəyişmə müsabiqəsinin nəticələri iyun ayı ərzində bilinəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları