Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 11:46:00
  “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödəniləcək?-RƏSMİ CAVAB

 

 

 

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib. 

 

 

AzEdu.az Təhsil Nazirliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək.

 

 

Belə ki, iyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alacaqlar. Ona görə də onlar üçün əlavə ödəniş nəzərdə tutulmayıb. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər.

 

 

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları