Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 17:39:00
Bu il ən çox məzunu olan məktəblər-RƏSMİ

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirilir.

 

 

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.

 

 

Belə bəzi məktəblərin məzun sayı 200 nəfərdən çoxdur.

 

 

Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il 4 məktəbin məzunu 200 və 250 nəfərdən çox olub.

 

 

Həmin təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey (203 nəfər), Binəqədi rayonu Biləcəri qəsəbəsi 284 nömrəli tam orta məktəb ( 208 nəfər), Xırdalan şəhər 1 nömrəli tam orta məktəb (259 nəfər), Xırdalan şəhər 2 nömrəli tam orta məktəb (276 nəfər).

 

 

Qeyd edək ki, məzunlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları