Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-11 17:27:00
Elmlər doktoru proqramı üzrə qəbul olanların sayı 10 faiz artıb  

2019-cu illə müqayisədə 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz azalaraq 356 nəfər, elmlər doktoru proqramı üzrə isə 28,8 faiz azalaraq 84 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,8 faiz azalaraq 552 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 10 faiz artaraq 154 nəfər təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə 454 dissertant təhkim olunub ki, onların da 67,6 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 144 nəfəri qadın olmaqla 246 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunub.

Qeyd edək ki, bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib.