https://www.zirve.edu.az/ #
2021-05-16 13:54:00
“Davamlı öyrənməyin ən gözəl yolu öyrətməkdir” - UNEC müəllimi

“UNEC-in gənc müəllimləri” layihəsinin budəfəki iştirakçısı Leyla Sultanlıdır.

 

AzEdu.az xəbər verir ki, Leyla Sultanlı  bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Türkiyənin Hacettepe Universitetində alıb.

 

Magistr təhsilini beynəlxalq tələbələr arasında 20 ən uğurlu tələbədən biri olaraq Türkiyə Respublikası prezidenti tərəfindən mükafatlandırılaraq başa vurub.

 

Hazırda İstanbul Universitetinin “Menecment” ixtisası üzrə doktorantıdır.

 

2018-ci ildən UNEC-in "İqtisadiyyat və işlətmə” kafedrasının müəllimidir, Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.

 

KOBİA-da və bir sıra yerli şirkətlərdə idarəetmə sahəsi üzrə təlimlər verib. 

 

“Menecmentin əsasları” dərs vəsaitinin həmmüəllifidir.

 

Yerli və beynəlxalq jurnal və konfranslarda dərc olunan 6 elmi məqalənin müəllifidir.