Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 13:50:00
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib   

Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib.

2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

Ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Ofeliya Məmmədova, Solmaz Əliyeva, Əbülfət Ədilov və digər əməkdaşlarla görüşən HİK üzvləri onları qarşıdan gələn Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.

MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.