Azedu.az

Bu universitetdə vakansiya var

Ali təhsil

3 Sentyabr 2026, 13:25
Bu universitetdə vakansiya var

Mingəçevir Dövlət Universitetinin məzunları üçün ingilis dili müəllimliyi üzrə vakansiya elan edilir.

AzEdu.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Belə ki, universitet məzunlarının qazandıqları bilik və bacarıqları doğma universitetlərində tətbiq etmələri, akademik mühitdə fəaliyyət göstərmələri və tədris prosesinə töhfə vermələri üçün müraciətlər qəbul olunur.

Əsas tələblər: 

Müvafiq sahə üzrə minimum magistratura təhsil səviyyəsi
İngilis dilini akademik səviyyədə bilmək
Tədris və kommunikasiya bacarıqları
Müasir təlim metodlarından istifadə bacarığı
Beynəlxalq dil sertifikatları üstünlükdür

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin məzunu olmaq mütləqdir.

Müraciət üçün: [email protected]
Son müraciət tarixi: 08.09.2026

Zelenskidən Türkiyəyə XƏBƏRDARLIQ: Rusiya ilə əlaqələr kəsildi
Son xəbərlərDaha çox