Azedu.az

Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

Ali təhsil

4 Sentyabr 2026, 12:20
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

Türkiyənin Ali Təhsil Şurası (YÖK) 2026-2027-ci tədris ili üzrə müəyyən edilən 25 faizlik ödəniş artımı limitinə əməl etmədiyi iddia olunan 23 özəl universitet ilə bağlı araşdırma başladıb.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, YÖK-ə bəzi özəl universitetlərinin təhsil haqlarını müəyyən edilmiş həddən artıq artırması ilə bağlı çoxsaylı şikayət və müraciətlər daxil olub.

Bundan sonra Ali Təhsil Nəzarət Şurası 23 ali təhsil müəssisəsi haqqında araşdırma aparılması barədə qərar verib.

YÖK-ün 8 iyul 2026-cı il tarixli qərarına əsasən, 2026-2027-ci tədris ilində hazırlıq və birinci kursdan yuxarı siniflərdə təhsil alan tələbələrin ödənişlərinə tətbiq edilən artım 25 faizdən çox ola bilməz.

Araşdırma çərçivəsində universitetlərin müəyyən etdiyi təhsil haqları və tələbələrdən faktiki olaraq alınan məbləğlər yoxlanılacaq. Həmçinin tətbiq edilən ödənişlərin qanunvericiliyə və YÖK-ün müəyyən etdiyi 25 faizlik artım limitinə uyğun olub-olmadığı araşdırılacaq.

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox