Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 16:30:00
Qarabağda BDU-nun filialı açılmalıdır-Kembric universitetinin professorundan ÇAĞIRIŞ

“Azərbaycanda müxtəlif istiqamətlərdə inkişaf üçün planlar hazırlanır. Qələbə münasibətilə gənclərdə xoş əhvali-ruhiyyə var ki, bundan müsbət mənada yararlanmaq lazımdır. Qarabağda əsas məni düşündürən məsələ elm və texnologiya sahəsinin inkişaf etdirilməsidir”.

AzEdu.az xəbər verir ki, bunu “Bilim anı” proqramında Kembric universitetinin professoru Qərib Mürşüdov səsləndirib. O, Şuşada elmi mərkəz yaratmağın labüdlüyündən də danışdı:

 

“Bundan əlavə Şuşada beynəlxalq elmi mərkəz, eksperimental məktəblər(layihələrə, yeni axtarışlara əsaslanan təhsilin verilməsi)  yaradılmasını vacib hesab edirəm. Həmçinin belə mərkəzlər prezidentin nəzarətində olsa daha effektiv olar. Şuşada elmi mərkəz açıldığı təqdirdə burada iştirak etmək istərdim, düşünürəm ki, bunu bir çox xaricdə yaşayan elm adamları arzulayır. Həmçinin Qarabağda BDU-nun filialının açılması vacibdir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları