Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 11:38:00
Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik. Görüntülərin qeydə alındığı otaq universitetin deyil. Onun başqa vəzifələri də var".


Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.


Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən azad edilib:


"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".


Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

 

Report