Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 11:01:00
Respublikanın bir şəhər və doqquz rayonunda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir  

Bu gün Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, bu imtahanda 8790 şagirdin iştirakı nəzərdə tutulur.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan saat 11:00-da başlanıb.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 41 imtahan binası, 696 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 41 ümumi imtahan rəhbəri, 115 imtahan rəhbəri, 836 nəzarətçi–müəllim, 82 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 41 bina nümayəndəsi ayrılıb.