Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 16:00:00
Distant tədris müəllimlərin əziyyətini daha da artırdı – Rektor Ədalət Muradov

 

 

 

“İndi  ən  ciddi  problem  cəmiyyətdə  formalaşdırılmış –“ distandırsa, deməli  keyfiyyətsizdir”- mövqeyini  dəyişməkdir”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  UNEC  rektoru, professor   Ədalət  Muradov   Bakı  Ali  Neft  Məktəbin  təşkilatçılığı  ilə keçirilən “Post-COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  qeyd  edib.

 

Rektor, cəmiyyətin  distant  təhsilə  münasibətindən  danışıb:

 

“Pandemiya  başlayan  zaman  biz ənənəvi  təhsili  kompüterə  çevirdik  və  “distant  təhsil”  adlandırdıq.Müzakirə  və  seminar  forması, məzmun, metodologiya  dəyişməz  olaraq  qaldı. Nəticə  olaraq  distant  təhsil  haqqında  cəmiyyətdə  mənfi  fikir  formalaşdırdıq. Yanlış  olaraq  distant  təhsil  keyfiyyətsiz  təhsil  kimi  qəbul  edildi. İndi  ən  ciddi  problem  əksini  inandırmaq, cəmiyyətdə  formalaşdırılmış –“ distandırsa  keyfiyyətsizdir”- mövqeyini  dəyişməkdir. Qeyd  etmək  lazımdır  ki, bu forma təhsildə  əvvəl  mövcud  olmayan  yeni  problemlərdən  birincisidir. Bu  təhsilin  tətbiqi  zamanı  müəllimin  əməyi, əziyyəti azalmadı, əksinə  əhəmiyyətli  dərəcədə  artdı. Bununla  yanaşı  təhsilalanların  da  psixoloji  gərginliyi  artı”.

 

O, distant  təhsilinin  zəruri  əhəmiyyətinə  diqqət  çəkib:

“Yeni  texnologiyaların  bütün  sahələrdə  olduğu  kimi  təhsildə  də  tətbiqi  qaçınılmazdır. Distant  təhsilin  tətbiq  edilib - edilməməsi   müzakirə  predmetinə çevrilməməli  bu  təhsil  formasının  keyfiyyəti  bizi  düşündürməlidir.Təhsil  rəqəmsallaşmalı, distant  təhsilin  tətbiqi  təmin  edilməlidir”.