Azedu.az

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir

19 Aprel 2021, 11:12
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses aprelin 21-dək //portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir.

 

Müsabiqə elektron әrizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.

 

Elektron qeydiyyat prosesinin qaydaları barədə ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş videotəlimatda verilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox