Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 09:48:00
Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması barədə seminar keçirilib

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və  UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin (TDİAM) təşkilatçılığı ilə “Klassifikasiya problemlərində statistik modellərin istifadə olunması” mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarın moderatoru UNEC TDİAM-nin rəhbəri dos. Oqtay Quliyev mövzunun aktuallığına diqqət çəkərək, gənc alimlərin, doktorantların və tədqiqatçıların akademik fəaliyyət zamanı tədqiqatlarında statistik modellərin qurulmasının əhəmiyyətindən danışıb.

 

Sonra UNEC TDİAM-nin tədqiqatçısı, Türkiyənin İstanbul Universitetinin doktorantı Həsrəddin Quliyev statistik modellərin biznes problemlərinin həllində istifadəsinin önəminə diqqət çəkərək, ən çox istifadə olunun klassifikasiya modelləri haqqında geniş məlumat verib. Məruzəçi iqtisadi dəyişkənlərin modellənməsi üçün istifadə olunan əsas modellərdən danışıb və klassifikasiya modellərinin telemarketinqdə tətbiqinə dair nümunələr təqdim edib.

 

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzu ilə bağlı maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.

 

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.