Azedu.az

UNEC tələbələri bank sistemi barədə məlumatlandırılıb  

Ali təhsil

5 Mart 2021, 16:12
UNEC tələbələri bank sistemi barədə məlumatlandırılıb  

"Azər Türk Bank" ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində növbəti təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, onlayn təşkil olunan görüşdə bankın Təlim və motivasiya şöbəsinin rəisi Mahir Həsənov Azərbaycanda bank sistemi barədə tələbələrə praktiki məlumatlar çatdırıb. O, təlim zamanı Mərkəzi Bankın fəaliyyəti və funksiyaları, kommersiya banklarının fəaliyyət mexanizmi, idarəetmə və qərarvermə prosedurları, o cümlədən elektron bankçılıq və nağdsız ödənişlərin müasir vəziyyəti barədə mühüm məqamları açıqlayıb.

 

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün sonunda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox