Azedu.az

Məmur olmaq istəyənlər üçün sınaq imtahanlarına qeydiyyat davam edir  

Dövlət qulluğu

5 İyul 2018, 10:47
Məmur olmaq istəyənlər üçün sınaq imtahanlarına qeydiyyat davam edir  

İyulun 11-də və 21-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə təşkil olunacaq imtahanlar saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak üçün online qeydiyyat iyulun 11-də və 21-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün //eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından faydalanmaq olar (ətraflı məlumat payment.dim.gov.az saytında yerləşdirilib). “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox