https://www.zirve.edu.az/
2021-02-20 10:46:00
Bu kənddə şagirdlər məktəbə getmək üçün çayın içindən keçir - VİDEO  

Xaçmazın Qaraqaşlı və Qalağan kəndlərini çay üzərində birləşdirən körpü iki ildir ki, uçub.

 

AzEdu.az xəbər verir ki, bu səbəbdən Qaraqaşlıdan olan şagirdlər digər kənddə olan məktəbə getmək üçün çayın içərisindən keçmək məcburiyyətindədirlər. Körpünün aşması və iki ildir bərpa edilməməsi kəndlilər üçün əlavə problemlər yaradır.

Rayon icra hakimiyyəti məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

 

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı sujeti təqdim edirik: