Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 14:00:00
Qiymətləndirmə üçün ən rahat üsul müəyyən edilib-NAZİRLİK

“Hazırki durumda ən adekvat qiymətləndirmə üsulu şifahi sorğu sualdır”

 

Azedu.az xəbər verir ki, bunu   Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə deyib.

O qiymətləndirmə prosesinin zəruri olduğunu vurğulayıb:

“Biz gözləmirik ki, qiymətləndirmədə iştirak edən bütün şagirdlər yüksək nəticə göstərəcəklər. Bu ölçmə öyrənmənin labüd hissəsidir. Əgər öyrənmə varsa, onun qiymətləndirmə komponenti də olmalıdır ki, vəziyyəti həm şagird, həm valideyn, həm müəllim, həm də sistem görə bilsin  və növbəti addımlarını nizamlasın.

Distant qiymətləndirmənin daha rahat keçirilməsi üçün asan qiymətləndirmə üsulları təklif olunur.

Beynəlxalq araşdırmaçılar da təsdiq edir ki, ən adekvat qiymətləndirmə üsulu şifahi sorğu sualdır. Bu üsuldan da müəllimlər aktiv şəkildə istifadə edəcəklər”.

Qeyd edək ki, qiymətləndirmədə iştirak etmək üçün şagirdlərə 1 ay vaxt veriləcək.