Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-21 16:17:00
“Tələbələrin universitetlərdəki rolu  görünmür və ya ümumiyyətlə yoxdur” – Rektordan etiraz

 

 

 

“Ən qısa vaxt ərzində distant təhsillə bağlı vahid standartların hazırlanması olduqca vacibdir. Bizim ali təhsilimizdə tələbələrin rolu görünmür və ya ümumiyyətlə yoxdur. Tələbə universitetin idarəetmə subyektinə çevrilməlidir. Bu haqda düşünməliyik”.

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri UNEC-in rektoru Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə deyib. O, univeristetdə yaradılan “UNEC to be” platforması haqda da danışdı:

 

“UNEC-də 3 il əvvəl “UNEC to be” platforması yaradılıb və təqdim edilib. Bunun mahiyyıti nədir? Biz şirkətlər qarşısında öhdəlik götürmüşük ki, UNEC-in məzununu işə götürdüyü zaman 3 il müddətində o tələbənin keyfiyyətli fəaliyyətinə zəmanət veririk. Əgər şirkət o şəxsin fəaliyyətindən narazı olarsa, UNEC-də həmin tələbə yenidən təlimlərə cəlb olunur” .

 

Qeyd edək ki, görüşün infiormasiya tərəfdaşı Modern İnformasiya Agentliyidir

 

 

 

 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları