Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 13:35:00
Sabah növbəti imtahan keçiriləcək  

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı yanvarın 21-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə,  imtahanda iştirak edəcək şəxslər saat 09:00-dan gec olmayaraq aşağıda tələb edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

 

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

 

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

 

İmtahan iştirakçısı bəyannaməni çap edib imzalamalı və özü ilə gətirməlidir.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

“GRE: General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.