Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-20 09:30:00
Ödənişli təhsillə bağlı yanlış məlumatlar səsləndirilib-Sektor müdiri doğru rəqəmləri açıqladı

2020-2021-ci tədris ilinin tələbə qəbulu üzrə proqnoz yerlərinin 45,2 % dövlət sifarişi təşkil edib. Cari tədris ilində qəbul olunan tələbələrin 50,1%, yəni hər iki tələbədən biri dövlət sifarişi ilə təhsil almaq şansını qazanıb.

AzEdu.az xəbər verir ki, bu statistik göstəriciləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Casarət Valehov şəxsi facebook hesabında paylaşıb. O, dövlət sifarişli yerlərin artığını da vurğulayıb:

“2018-2019-cu tədris ilinə nisbətən 2019-2020-cu tədris ilində dövlət sifarişli yerlər 66,1%, yəni, 12.324 yerdən 20.474-dək artıb.

2019-2020-ci tədris ilinə nisbətən 2020-2021-ci tədris ilində dövlət sifarişli yerlərin sayı 10,8 faiz artaraq 22.681 yer təşkil edib”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları